Slovakiyanın xarici işlər naziri istefa ərizəsini geri götürdü


Dünya 07 Dek 2018 18:09:00 274 0

Slovakiyanın xarici işlər naziri istefa ərizəsini geri götürdü

Slovakiya xarici işlər naziri Miroslav Layçak istefa ərizəsini geri götürərək vəzifəsində qalıb.

Son.az report-a istinadən xəbər verir ki, istefa ərizəsi noyabr ayının sonunda parlamentdə BMT miqrasiya müqaviləsinin təsdiq olunmamasından sonra verilmişdi. Həmin müqavilənin qəbul olunduğu Baş Assambleyanın iclası M.Layçakın sədrliyi ilə keçirilmişdi.