Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb


Digərləri 07 Dek 2018 17:52:00 266 0

Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb

Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb.

Son.az report-a istinadən xəbər verir ki, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki pirotexniki vasitəni alışdırarkən ehtiyatsızlıqdan onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədəninin müxtəlif nahiyələri yanıb. 

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.