Qazaxda polisə çağırılan şəxsi döyərək öldürən azadlığa buraxıldı


Digərləri 07 Dek 2018 17:44:00 252 0

Qazaxda polisə çağırılan şəxsi döyərək öldürən azadlığa buraxıldı

Qazax rayonunda ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanov azadlığa buraxılıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, İ.Süleymanovun vəkili məhkəməyə müraciət edərək müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib, İ.Süleymanov məhkəmə zalında azadlığa buraxılıb.

Hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs edilib.


Xəbərə aid foto