Polislər gənc qadının həyatini xilas etdilər


Digərləri 07 Dek 2018 17:34:00 241 0

Polislər gənc qadının həyatini xilas etdilər

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, dekabr ayının 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan  problemlə əlaqədar onu  qonşu kənddə olan tibb məntəqəsinə aparıblar. Ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığını və təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu, bunun üçün o qədər də çox vaxtlarının olmadığını bildiriblər. Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər.

Elə həmin vaxt  kənd ərazisində xidmətdə olan  Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov  onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar. Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını  dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub.

Pünhan Mirzə Son.az