Bakıda qadın sürücü bahalı avtomobili piyadanın üstünə sürdü


Digərləri 07 Dek 2018 16:57:00 292 0

Bakıda qadın sürücü bahalı avtomobili piyadanın üstünə sürdü

Bu gün səhər saatlarında Bakı şəhərinin Yasamal rayonunda qadın sürücünün törətdiyi qayda pozuntusunun görüntüləri yayılıb.

Son.az xəbər verir ki, səhər saat 07:48 radələrində Bəxtiyar Vahabzadə və Şəfaət Mehdiyev küçələrin kəsişməsində 10 TX 857 dövlət qeydiyyat nişanlı "JEEP" kobud şəkildə yol qaydalarını pozaraq qoşa xətti tapdayıb.

Qarşı yola çıxan qadın piyada keçidində hərəkətdə olan gənc oğlanın yolu keçməsinə imkan verməyərək maşını onun üstünə sürüb. Bu zaman maşın gəncə toxunub, qadın sürücü isə heç nə olmamış kimi yoluna davam edib.

Baş verən hadisənin görüntürləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Publika.az

Videonu izləmək üçün şəklə klikləyin: