Gəncədən olan gimnast: "Bədii gimnastika üzrə milli komandada çıxış etməyi arzulayıram"


Digərləri 07 Dek 2018 16:49:00 429 0

Gəncədən olan gimnast: "Bədii gimnastika üzrə milli komandada çıxış etməyi arzulayıram"

Mən bədii gimnastika üzrə milli komandanın tərkibində çıxış etməyi arzulayıram.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində iştirak edən Gəncə gimnastı Nərmin Əsgərova deyib.

İdmançı bildirib ki, bu gün yarışlarda pis çıxış etməyib: "Daha yaxşı çıxış edə bilərdim. Çalışacağam ki, gələcəkdə nəticələrimi yaxşılaşdırım. Mən bədii gimnastikanı sevirəm və bu idmanı özüm seçmişəm. Valideynlərim isə məni dəstəkləyib. Ən kiçik yaşlardan mənim bu idmana marağım olub, televizorda gimnastların çıxışlarını maraqla izləmişəm".

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.