Bədii gimnastika üzrə 25ci Azərbaycan birinciliyinin ikinci günündə qaliblər mükafatlandırıldı FOTO


Digərləri 07 Dek 2018 16:24:00 597 0

Bədii gimnastika üzrə 25ci Azərbaycan birinciliyinin ikinci günündə qaliblər mükafatlandırıldı  FOTO

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2003-2005-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, fəxri kürsüdə "Ocaq" idman klubunun gimnastları qərarlaşıb.

Birinci yeri Fatimə Əkbərova, ikinci yeri Məryəm Səfərova, üçüncü yeri İlona Zeynalova tutub.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.


Xəbərə aid fotolar