Bələdiyyə sədrinə hökm oxundu


Digərləri 07 Dek 2018 16:08:00 199 0

Bələdiyyə sədrinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədi kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədi kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər barəsində şərti cəza seçilib. İttihama görə, V.Nəbiyev Abşeron rayon Məhəmmədi bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb.