Tovuzda yeni su mənbəyi yaradılır (FOTO)


Digərləri 07 Dek 2018 15:34:00 249 0

Tovuzda yeni su mənbəyi yaradılır (FOTO)

Zəyəmçayın yatağında 1774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir.

Bakı. Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni su mənbəyi yaradılır. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Zəyəmçayın yatağında 1774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir. Qurğudan saniyədə 100 litr suyun götürülməsi nəzərdə tutulur. Hazırda çay yatağında qazıntı və drenaj sistemlərinin qurulması işləri davam etdirilir. Zəyəmçayın mənbəyində sugötürücü qurğunun gələn ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. Buradan götürüləcək suyun Tovuz şəhərinə özüaxımlı rejimdə nəqli məqsədilə 530 mm diametrli polad borularla 26 km uzunluğunda magistral su kəməri çəkilib. Sugötürücü qurğuda işlər yekunlaşdıqdan sonra magistral kəmərlə Tovuz şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da yay aylarında şəhərin və ətraf kəndlərin içməli su təminatında indiyə qədər yaranan problemlər bir daha müşahidə olunmayacaq.