Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxsə hökm oxundu


Kriminal 07 Dek 2018 14:32:00 205 0

Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxsə hökm oxundu

Gürcüstanın Marneuli rayonunun Seyidqocalı kəndində 21 yaşlı Namaz Vəliyevi qətlə yetirən şəxsə hökm oxunub. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. 

Rustavi Şəhər Məhkəməsinin qərarına əsasən, müttəhim 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirilib ki, T.V. adlı şəxs bu ilin mayın 5-də gecə saatlarında münaqişə zəminində ov tüfəngi ilə N.Vəliyevi qətlə yetirərək meyitini Xram çayına atıb və hadisə yerindən qaçıb.