Şəkinin daha bir kəndinə təbii qaz verilib


Digərləri 07 Dek 2018 14:31:36 233 0

Şəkinin daha bir kəndinə təbii qaz verilib

Şəki rayonunun Çayqaraqoyunlu kəndinə təbii qaz verilib.

Bakı. Şəki rayonunun Çayqaraqoyunlu kəndinə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 412 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 759 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.