Ya hamilə arvadını seçməlisən, ya doğulacaq körpəni


Dünya 07 Dek 2018 14:18:00 265 0

Ya hamilə arvadını seçməlisən, ya doğulacaq körpəni

ABŞ-ın Kolorado ştatında ürəkağrıdan hadisə yaşanıb.

Son.az xarici mətbuata istinadla bildirir ki, kişiyə hamilə xanımı ilə doğulacaq körpəsi arasında seçim etmək şansı verilib.

Frederick və Keyvonne Connie adlı cütlük yanvar ayında dünyaya gələcək qızları üçün gün sayırdılar.

Lakin onların sevinci bir anda faciəyə çevrilib. Belə ki, doğuma bir ay qalmış qadında qanaxma başlayıb. O, təcili xəstəxanaya yatırılıb.

Həkimlər Frederick-ə həyat yoldaşının və bətnindəki körpənin ölüm təhlükəsinin olduğunu söyləyiblər. Onlar bildirib ki, ikisi arasında seçim etməlidir. Çünki onlardan yalnız birinin yaşamaq şansı var.


Xəbərə aid fotolar