Respublika Müalicəvi Diaqnostika Mərkəzi: PASİYENTLƏR NƏ ÜÇÜN BU KLİNİKAYA İNANIR?


Digərləri 07 Dek 2018 14:00:00 482 0

Respublika Müalicəvi Diaqnostika Mərkəzi: PASİYENTLƏR NƏ ÜÇÜN BU KLİNİKAYA İNANIR?

Akkreditasiya hər hansı bir proqramın və yaxud müəssisənin təyin olunmuş keyfiyyət standartlarına cavab vermək və xüsusiləşdirilmiş bir prosesi standartlara uyğun yerinə yetirmək qabiliyyətində olmaq deməkdir. Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) ABŞ-ın JCI (Joint Commission International) standartları ilə tibbi xidmət göstərir.

JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. Dünyada keyfiyyətli tibbi xidmət və pasiyent təhlükəsizliyi üzrə tanınan bir nailiyyətdir. Akkreditasiya prosesi bir yoxlama ilə bitmir, qızıl nişan 3 il müddətinə verilir və yeni nişan qazanmaq üçün yenidən akkreditasiya prosesindən keçmək lazımdır. Yəni bu proses daimi olaraq keyfiyyətin yaxşılaşdırılması və təhlükəsizliyin təmini və artırılması ilə bağlıdır.

JCI 1990-cı ildə yaradılıb və bu vaxta qədər dünyanın 69 ölkəsində 900-dən artıq xəstəxana JCI akkreditasiyasından keçib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə birgə dünyanın qabaqcıl ölkələrinin bir çox aparıcı xəstəxanaları JCI akkreditasiyası qazanan xəstəxanalar siyahısındadır. Məsələn, İsraildə 32, Almaniyada 2, Türkiyədə 44 xəstəxana JCI qızıl nişanını qazanmışdır.

Xəstəxana JCI qızıl nişanını əldə edibsə, bu, o deməkdir ki, xəstəxana:

Üzərinə yüksək keyfiyyətli tibbi xidmət göstərmək öhdəliyi götürür; Pasiyentlər, ziyarətçilər və işçilər üçün təhlükəsizlik mədəniyyəti mühiti yaradır; Qabaqcıl və sübutlara əsaslanan müalicə və qulluq göstərir.