Pensiya və sosial müavinətlərin ödənilməsində nöqsanlar aşkarlandı


Digərləri 07 Dek 2018 14:05:00 329 0

Pensiya və sosial müavinətlərin ödənilməsində nöqsanlar aşkarlandı

Hesablama Palatasının növbəti kollegiya iclasında 2016-2017-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri ilə bağlı Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.

Son.az report-a istinadən xəbər verir ki, audit 2016-2017-ci illər üzrə 805 850,9 min manat məbləğində vəsaiti əhatə edib. 01.01.2018-ci il tarixə İdarə üzrə 63705 pensiya işi, o cümlədən 41 181 ədəd yaşa görə (64,6%), 13 104 ədəd əlilliyə görə (20,6%) və 9 420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8%) pensiya işi mövcud olub.

2016-2017-ci illər ərzində təyin olunmuş 13 596 sayda pensiya işinin 7 668 ədədi və ya 56,4%-i yaşa görə, 5 161 ədədi və ya 38%-i əlilliyə görə, 767 ədədi və ya 5,6%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olmuş, pensiya təyinatı üçün müraciət etmiş 26 nəfərin müraciəti rədd edilib, 01.01.2018-ci il tarixə İdarə tərəfindən 63705 nəfərə pensiya ödənişi həyata keçirilib.

Audit olunan dövr ərzində təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində təyin edilmiş pensiya işləri üzrə nöqsanlar olub, pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.

Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının İdarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı İdarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yalnışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, İdarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə Fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.