"Bu gün manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur" Deputat


Digərləri 07 Dek 2018 13:51:00 250 0

"Bu gün manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur"  Deputat

Azərbaycanın 2019-cu il dövlət büdcəsi praqmatik bir büdcədir və eyni zamanda yeni büdcə qaydalarına əsasən tərtib olunaraq bütün risklərdən qorunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, neft gəlirlərinin xərclənən hissəsi də yeni büdcə qaydalarına əsasən tənzimlənir: "Bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri olan manatın məzənnnəsinin qorunması üçün də tədbirlər həyata keçirilir. Bu gün manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur. Əsas məqdəsimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılması stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12%, ümumi ixrac isə 37% artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir".