“Psixoloji yardım haqqında” qanun qəbul edilib


Digərləri 07 Dek 2018 13:31:00 210 0

“Psixoloji yardım haqqında” qanun qəbul edilib

Yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev - Yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.