Ucar stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)


Digərləri 07 Dek 2018 13:38:51 232 0

Ucar stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.

Bakı. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır. Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, hazırda Ucar stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.