“Dilimizdə bu qədər gözəl sözlər varkən niyə alınma sözlərdən istifadə etməliyik?” Akademik FOTO


Digərləri 07 Dek 2018 13:20:00 246 0

“Dilimizdə bu qədər gözəl sözlər varkən niyə alınma sözlərdən istifadə etməliyik?”  Akademik  FOTO

"Hilal" Sosial Araşdırmalar İctimai Birliyi, "Müasir İnkişaf" İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı ilə "Qloballaşan dünya və Azərbaycan dili" mövzusunda konfrans keçirilib. Tədbirin aparıcısı, "Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib.

O, Azərbaycan dilini qorumağın vacibliyindən, dövlət qurumlarının bu sahədə gördükləri işlərdən danışıb. A.Abdulkərimov prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı imzaladığı Fərmanın əhəmiyyətini xüsusi qeyd edib.

Son.az bildirir ki, Prezident Admnistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvətidir. Dövlətin daim bu sahəyə diqqət ayırdığını qeyd edən PA rəsmisi Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Sərəncam və Fərmanları xatırladıb. Texnoloji inkişafın dünyadakı dillərə, o cümlədən Azərbaycan dilinin inkişafına da təsir göstərdiyini deyən V.Səlimov müxtəlif qurumların, həmçinin QHT-lərin bu istiqamətdə çalışamlarını müsbət qiymətləndirib.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü ölkədə bu sahədə kifayət qədər aktiv müzakirələrin olmasını yüksək qiymətləndirib. O, qloballaşan dünyada Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində daha çox çalışamalr həyata keçirməyin vacibliyindən danışıb. M.Göyüşlü QHT-lər olaraq ictimai müzakirələrin, tədbirlərin keçirilməsinin bu sahəyə müsbət təsir edə biləcəyini açıqlayıb.

"Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev bildirib ki, hər bir Azərbaycan vətəndaşı dövlət dilinin qorunmasında və inkişafında maraqlı olmalı, bu istiqamətdə öz töhfəsini verməlidir.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, millət vəkili Nizami Cəfərov qloballaşma dövründə Azərbaycan dilinin təzyiqlərlə qarşılaşdığını bildirib. Onun sözlərinə görə Azərbaycan vətəndaşları və dünya azərbaycanlıları vasitəsilə Azərbaycan dili dünyada yavaş-yavaş da olsa yayılmaqdadır. N.Cəfərovun sözlərinə görə KİV-də, elektron resurslarda, reklam lövhələrində dilin qayda-qanunları tez-tez pozulur. Akademik şifahi nitq zamanı dilin daha çox pozuntulara məruz qaldığını qeyd edib. "Hesab edirəm ki, dilçilərin üzərinə böyük işlər düşür. Onlar orfoqrafiya, orfoepiya, qrammatika kitabları çap etməli və bunlar orta məktəblərdə ciddi şəkildə öyrədilməlidir", - N.Cəfərov bildirib.

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, dil dövlətin atributudur və hər bir vətəndaş onu qorumalıdır: "Dilə sevgi ailədən və uşaqlıqdan başlayır". Azərbaycan televiya kanallarındakı yanlışlıqları əks etdirən kitabdan bəhs edən M.Nağısoylu fonetik pozuntuların daha çox olduğunu deyərək nümunələr səsləndirib. M.Nağısoylu dilimizin tarixinin qədimliyindən söz açıb: "Dilimizdə bu qədər gözəl sözlər varkən niyə alınma sözlərdən istifadə etməliyik?"


Xəbərə aid fotolar