Penitensiar xidmətin əsgəri xəsarət alıb - Silahla ehtiyatsız davranıb


Digərləri 07 Dek 2018 13:08:00 265 0

Penitensiar xidmətin əsgəri xəsarət alıb - Silahla ehtiyatsız davranıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bakı. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.