Azər Türk Bankdan kredit götürən müştərilərə faiz hədiyyəsi


Digərləri 07 Dek 2018 12:45:00 294 0

Azər Türk Bankdan kredit götürən müştərilərə faiz hədiyyəsi

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yeni kampaniyaya start verir.

Kampaniyanın əsas məqsədi, kredit əldə edən müştərilərə təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün onlara imkan yaratmaqdır.

10-28 dekabr tarixləri ərzində davam edəcək bu kampaniya çərçivəsində Azər Türk Banka müraciət edən vətəndaşların əldə etdikləri kredit üzrə ilk ayın faizləri bank tərəfindən müştəriyə hədiyyə ediləcək və bu ay üçün heç bir ödəniş tələb olunmayacaqdır. Kreditlər üzrə ödəmələr müqavilənin bağlanıldığı tarixin ikinci ayından etibarən faizlər hesablanmaqla bərabər hissələrlə ödənilir.