Qəbiristanlıqlarda ticarətlə və dilənçiliklə məşğul olmağa,


Digərləri 07 Dek 2018 12:47:57 240 0

Qəbiristanlıqlarda ticarətlə və dilənçiliklə məşğul olmağa,

Azərbaycanda yeni təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlığın müdiriyyətinin səlahiyyətləri müəyyənləşib.

Son.az report-a istinadən xəbər verir ki, qaydalara əsasən, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir:

1. qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını təmin etmək,

2. qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək,

3. qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların (cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək,

4. qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək,

5. qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək,