Deputat: Bu verilişlər əxlaqdan kənardır, MTRŞ tədbir görməlidir


Digərləri 07 Dek 2018 12:47:28 251 0

Deputat: Bu verilişlər əxlaqdan kənardır, MTRŞ tədbir görməlidir

Bu gün Azərbaycanda özəl televiziya kanallarında yayımlanan bəzi verilişlərin millətə nəyi aşıladığı bəlli deyil.

Bakı. Elçin Mehdiyev – Bu gün Azərbaycanda bəzi televiziya kanallarında yayımlanan bir sıra verilişlərin millətə nəyi aşıladığı bəlli deyil. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib. A.Abbas qeyd edib ki, bəzi verilişlər milli-mənəvi dəyərləri kobud surətdə pozur: "Axşama qədər kiminsə saçının qırxılması, kiminsə axtarışına həsr olunan verilişlər var. Bu verilişlər əxlaqdan kənardır, insanları pozur”.