2 nəfər 16 avtomobili qarət etdi


Digərləri 07 Dek 2018 12:21:00 227 0

2 nəfər 16 avtomobili qarət etdi

Polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb. 

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib. 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində "Mercedes" markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.