Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların ADLARI və VƏZİYYƏTİ


Digərləri 07 Dek 2018 12:14:00 182 0

Bakıda qəzaya uğrayan avtobusda xəsarət alanların ADLARI və VƏZİYYƏTİ

Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadan Trend-ə verilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Şagirdin (Əsgərov Mehman Cəbrayıl oğlu) vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.