Avtomobili dələduzluqla ələ keçirildiyi deyilən şəxs saxlanılıb


Digərləri 07 Dek 2018 12:03:00 256 0

Avtomobili dələduzluqla ələ keçirildiyi deyilən şəxs saxlanılıb

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Xalıqov Orxan adlı şəxsin onu dələduzluq yolu ilə aldadaraq "Peugeot" markalı avtomobilini aldığını, pulunu isə ödəmədiyini bildirib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) cinayət işi başlanılıb.