Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşib


Digərləri 07 Dek 2018 11:35:00 241 0

Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşib

Azərbaycanda dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu, yeni təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda əksini tapıb.

Qaydaya əsasən, qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.