Gürcüstandan gələn avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlandı FOTO


Kriminal 07 Dek 2018 11:17:00 224 0

Gürcüstandan gələn avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlandı  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21044" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində "Enigma Fireworks" yazısı olan 760 ədəd və "Corsar" yazısı olan 1560 ədəd pirotexniki vasitələr aşkar olunub.


Xəbərə aid fotolar