Azərbaycanın yeni FIFA referisi UEFA kursuna dəvət alıb


İdman 07 Dek 2018 10:00:00 289 0

Azərbaycanın yeni FIFA referisi UEFA kursuna dəvət alıb

Azərbaycanın yeni FIFA referisi Rauf Cabbarov UEFA-nın Portuqaliyanın paytaxtı Lissabonda təşkil edəcəyi kursa dəvət alıb.

Goal.az-ın məlumatına görə, Cabbarov tanışlıq xarakterli kursa çağırılıb. Sayca 28-ci beynəlxalq seminar 2019-cu il yanvarın 27-də işə başlayacaq. Portuqaliya Futbol Federasiyasının dəstəyi ilə təşkil olunacaq kursa ümumilikdə 49 yeni FIFA referisi qatılacaq. Tədbir dörd gün davam edəcək.

Azərbaycanlı referi siyahıda ingilis dili testindən keçənlər arasında göstərilib.

Qeyd edək ki, Rauf Cabbarov azərbaycanlı beynəlxalq dərəcəli 3 baş hakimdən biri kimi, səhhətində problemlər yaranan Ömər Paşayevi əvəzləyib.