"Baku Electronics" Whirlpoolun eksklüziv distribyutoru oldu


Digərləri 07 Dek 2018 10:04:02 306 0

"Baku Electronics" Whirlpoolun eksklüziv distribyutoru oldu

"Baku Electronics" Amerikanın məşhur "Whirlpool" şirkətinin rəsmi - eksklüziv distribyutoru olub.

Bununla əlaqədar "Baku Electronics" və Whirlpool şirkətinin rəsmi nümayəndələrinin iştirakı ilə Abşeron Marriot otelində konfrans keçirilib. Konfransda məişət avadanlıqlarının qlobal lideri olan Whirlpool-un məhsul çeşidi də təqdim edilib.

Təqdimatla paralel olaraq, Cənubi Qafqazın ən böyük elektronika mağazası olan "Baku Electronics"in Nərimanov filialında aksiya keçirilib və Whirlpool soyuducularının ilk 10 müştərisinin alıcıları üçün hədiyyə olaraq paltaryuyan maşınlar təqdim edilib.


Xəbərə aid fotolar