“Baku Electronics” Amerikanın məşhur şirkətinin eksklüziv distribyutoru oldu (FOTO)


Digərləri 07 Dek 2018 10:00:00 279 0

“Baku Electronics” Amerikanın məşhur şirkətinin eksklüziv distribyutoru oldu (FOTO)

"Baku Electronics" Amerikanın məşhur “Whirlpool” şirkətinin rəsmi-eksklüziv distribyutoru olub.

Bakı. "Baku Electronics" Amerikanın məşhur “Whirlpool” şirkətinin rəsmi-eksklüziv distribyutoru olub. Trend xəbər verir ki, bununla əlaqədar “Baku Electronics” və "Whirlpool" şirkətinin rəsmi nümayəndələrinin iştirakı ilə "Abşeron Marriot" otelində konfrans keçirilib. Konfransda məişət avadanlıqlarının qlobal lideri olan "Whirlpool"un məhsul çeşidi də təqdim edilib. Təqdimatla paralel olaraq, Cənubi Qafqazın ən böyük elektronika mağazası olan “Baku Electronics”in Nərimanov filialında aksiya keçirilib və "Whirlpool" soyuducularının ilk 10 müştərisinin alıcıları üçün hədiyyə olaraq paltaryuyan maşınlar təqdim edilib. Konfransda "Whirlpool Group"un Qafqaz və Moldova ölkələri üzrə satış meneceri David Gelaşvili deyib ki, "Whirlpool" brendinin yeni məhsullarını Azərbaycanda təqdim etməkdən çox məmnundurlar: “Əminik ki, Azərbaycanlı istehlakçılar məhsullarımızdan razı qalacaqlar. Onları yeni aksiyalar və surprizlərlə sevindirməyi düşünürük”.