Gün ərzində 121 cinayət faktı qeydə alınıb


Digərləri 07 Dek 2018 09:52:00 251 0

Gün ərzində 121 cinayət faktı qeydə alınıb

Dekabrın 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Dekabrın 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.