Həsən Məmmədovun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub (FOTO)


Digərləri 07 Dek 2018 09:35:02 356 0

Həsən Məmmədovun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub (FOTO)

Xalq artisti, görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda qeyd edilib.

Bakı. Xalq artisti, görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda qeyd edilib. Trend-in məlumatına görə, Salyan şəhər 2 saylı tam orta məktəbində keçirilən yubiley mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Məktəbin akt zalında təşkil olunan mərasimdə ilk olaraq Həsən Məmmədovun həyat və yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx nümayiş olunub. Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdırıb.