Milli Məclis bu gün 21 məsələ üçün toplaşır


Digərləri 07 Dek 2018 09:17:00 284 0

Milli Məclis bu gün 21 məsələ üçün toplaşır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mənzil Məcəlləsinə, "Dövlət borcu haqqında", "İnzibati icraat haqqında", "Dövlət qulluğu haqqında", "Uşaq hüquqları haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və digər bir sıra qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.