ABŞ İran neftindən tez bir zamanda imtina etməyi məsləhət görür


Dünya 07 Dek 2018 08:54:00 236 0

ABŞ İran neftindən tez bir zamanda imtina etməyi məsləhət görür

İran neftinin alıcıları mümkün qədər tez bir zamanda bu ölkədən neft almağı dayandırmalıdırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudrik deyib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalar yalnız artacaq: "Bizim İrana qarşı yanaşmamız - təzyiq göstərilməsi üzrə maksimal kampaniyadır. Noyabrın 5-i bərpa edilən sanksiyalara son qərar deyil, başlanğıc kimi baxılmalıdır... Bizim məqsədimiz - İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalçılar öz tədarüklərini diversifikasiya etməlidirlər və bu məsələdə İranda mümkün qədər tez bir zamanda uzaqlaşmalıdırlar".