ABŞ İran neftindən tez bir zamanda imtina etməyi məsləhət görür


Digərləri 07 Dek 2018 08:44:00 240 0

ABŞ İran neftindən tez bir zamanda imtina etməyi məsləhət görür

İran neftinin alıcıları mümkün qədər tez bir zamanda bu ölkədən neft almağı dayandırmalıdırlar

Bakı. İran neftinin alıcıları mümkün qədər tez bir zamanda bu ölkədən neft almağı dayandırmalıdırlar. Trend-in məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudrik deyib. Onun sözlərinə görə, İrana qarşı sanksiyalar yalnız artacaq: "Bizim İrana qarşı yanaşmamız - təzyiq göstərilməsi üzrə maksimal kampaniyadır. Noyabrın 5-i bərpa edilən sanksiyalara son qərar deyil, başlanğıc kimi baxılmalıdır... Bizim məqsədimiz - İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalçılar öz tədarüklərini diversifikasiya etməlidirlər və bu məsələdə İranda mümkün qədər tez bir zamanda uzaqlaşmalıdırlar".