Fransada 89 mindən artıq polis səfərbər olunacaq


Dünya 07 Dek 2018 08:33:00 242 0

Fransada 89 mindən artıq polis səfərbər olunacaq

Fransada dekabrın 8-i 89 mindən artıq hüquq-mühafizə orqanlarının əməkdaşı səfərbər olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduar Filipp bildirib.

Onun sözlərinə görə, buna səbəb dekabrın 8-də ölkə ərazisində "sarı jiletlər" adlı etiraz aksiyalarının keçiriləcəyi olub.

Baş nazir əlavə edib ki, etiraz aksiyaları zamanı çox sayda zirehli avtomobillərdən istifadə olunacaq.