28 yaşlı qadın bıçaq xəsarəti alıb


Digərləri 07 Dek 2018 08:30:00 294 0

28 yaşlı qadın bıçaq xəsarəti alıb

Şəkidə 28 yaşlı qadın ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

Son.az "report"-a istinadən bildirir ki, dekabrın 6-dan 7-ə keçən gecə Calğalıbulaq küçəsi, ev 4/2 ünvanında yaşayan Tehranə Tehran qızı Süleymanova qarın boşluğunun sağ nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı T.Süleymanova yaşadığı ünvanda ehtiyatsızlıqdan əlindəki bıçaqla özünə xəsarət yetirdiyini deyib. T.Süleymanovanın müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.