Fransa şirkətinin BTQ üçün istehsal etdiyi ilk yük lokomotivi Azərbaycana nə vaxt gətiriləcək? (ÖZƏL)


Digərləri 07 Dek 2018 07:50:00 284 0

Fransa şirkətinin BTQ üçün istehsal etdiyi ilk yük lokomotivi Azərbaycana nə vaxt gətiriləcək? (ÖZƏL)

Fransa şirkətinin Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üçün istehsal etdiyi ilk yük lokomotivinin Azərbaycana gətirilməsinin dəqiq vaxtı məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Fransa şirkətinin Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üçün istehsal etdiyi ilk yük lokomotivinin Azərbaycana gətirilməsinin dəqiq vaxtı məlum olub. "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə bildirilib ki, yük lokomotivi yaxın günlərdə ölkəyə gətiriləcək: "Son vaxtlar Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. "Azərbaycan Dəmir Yolları" QSC ilə Fransanın "Alstom Transportation S.A." şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY "Alstom" şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin alınmasını planlaşdırır".