Danimarka birdəfəlik plastik paketlərdən imtina edir


Digərləri 07 Dek 2018 07:43:00 225 0

Danimarka birdəfəlik plastik paketlərdən imtina edir

Danimarka hökumətinin təsdiq etmək istədiyi yeni plana görə, nazik, şəffaf və birdəfəlik plastik paketlərin istifadəsi tam qadağan ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ plana müvafiq olaraq səylə tənzimlənəcək, paketlərin pulsuz paylanması tamamilə qadağan ediləcək. Plan baxılması üçün tezliklə ölkə parlamentinə təqdim ediləcək.

Danimarka bir ay əvvəl elan edib ki, Avropa İttifaqının birdəfəlik plastik boşqabların, qaşıq-çəngəl dəstlərinin, müxtəlif çubuqların, o cümlədən qulaq çubuqlarının və s. oxşar məmulatın qadağan edilməsinə yönəlmiş yeni təklifini dəstəkləyir.