Fransada 700dən artıq məktəbli etiraz aksiyası zamanı saxlanılıb


Dünya 07 Dek 2018 07:39:00 243 0

Fransada 700dən artıq məktəbli etiraz aksiyası zamanı saxlanılıb

Fransada orta təhsil sistemində aparılan islahatlara qarşı keçirilən 4-cü etiraz aksiyası zamanı 700-dən artıq məktəbli saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, etiraz aksiyaları səbəbindən 280 təhsil müəssisəsinin işində problemlər yaranıb, onlardan 45-i isə bağlanıb.

"BFM" telekanalının məlumatına əsasən, Fransada hər gün azı 200 məktəb və liseydə etiraz aksiyaları keçirilir. Bir neçə lisey önündə etirazçılar avtomobilləri yandırıblar.