Toronto polisi silahlı şəxs barədə məlumatlardan sonra 2 məktəbi mühafizəyə götürüb


Dünya 07 Dek 2018 07:21:00 225 0

Toronto polisi silahlı şəxs barədə məlumatlardan sonra 2 məktəbi mühafizəyə götürüb

Kanadanın Toronto şəhərində polis əməkdaşları iki məktəbi mühafizəyə götürüb.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb məktəblərdən birində naməlum silahlının olması barədə yayılan məlumatlar olub.

Bildirilir ki, bir neçə şahid məktəbin daxilində təhsil ocağının keçmiş tələbəsini əlində tapança ilə görüb. Bundan sonra, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub yaxınlqdakı məktəb də daxil olmaqla hər iki məktəb mühafizəyə götürülüb.