Cənubi Koreya vətəndaşlarının 61 faizi...


Dünya 07 Dek 2018 07:14:00 235 0

Cənubi Koreya vətəndaşlarının 61 faizi...

"Realmeter" sosiologiya agentliyinin dərc etdiyi məlumata əsasən, Cənubi Koreya vətəndaşlarının təxminən 60 faizi KXDR lideri Kim Çen Inın Seula mümkün səfərini dəstəkləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sorğuda iştirak edənlərin 61,3 faizi Kim Çen Inın səfərinin Koreya yarımadasında möhkəm sülhə şərait yaradacağını düşünür. Eyni zamanda respondentlərin 31,3 faizi səfərin əleyhinə çıxıb. Onların fikrincə, Pxenyanın nüvəsizləşdirmə və sülh barədə bəyanatları səmimi deyil.

Sorğu dekabrın 5-də Koreya Respublikasının 500 vətəndaşı arasında aparılıb.