Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər


Digərləri 07 Dek 2018 07:07:00 280 0

Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər

Astronomlar nəhəng ölçüdə qara dəlikdən güclü küləyin kainata doğru gətirdiyi geniş işıq seli müşahidə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, astronom Mark Leysinin həmkarları ilə birlikdə Çilidəki "Atakama" rəsədxanasında apardığı müşahidələr zamanı "Kvazar" adlanan qara dəlikdən əsən şiddətli küləyin gözqamaşdırıcı işıq seli gətirdiyi müşahidə edilib. Külək 228 000 işıq ili məsafəyə yayılıb. Bundan əvvəl astronomlar tərəfindən cəmi 3 000 işıq ili məsafəsində hiss olunan külək qeydə alınıb.

Bu müşahidələrin nəticələrinin təhlili alimlərin gündəminə qara dəliklərin qalaktikalarla birlikdə necə böyüməsi və onlara təsiri problemlərinin öyrənilməsini gətirib. M.Leysi bildirib ki, qara dəliklərin ən güclü qravitasiyaya malik olması çoxdan məlumdur. "Paradoksal olsa da, nəhəng ölçülü qara dəliklər udduğu göy cisimlərini əks istiqamətə də qaytara bilir, habelə "qonaq" qalaktikalardakı qazları və plazmaları sorub çıxarır. Bundan sonra qara dəliklər öz "qənimətinin" qurbanı olur və içərisinə bir dəfədən artıq istifadə edə bilməyəcəyi hədsiz miqdarda materiallar toplanır. Nəticədə, daxildə olan istilik yüz milyonlarla dərəcə selsiyə yüksəlir və qara dəlik "Kvazar" parlaq lövhəsinə çevrilir", -deyə astronom prosesi müfəssəl şəkildə izah edib.