Özbəkistanda qızılın qeyrisənaye üsulu ilə çıxarılmasına icazə verilib


Digərləri 07 Dek 2018 06:30:00 221 0

Özbəkistanda qızılın qeyrisənaye üsulu ilə çıxarılmasına icazə verilib

Özbəkistanda qızılın qeyri-sənaye üsulu ilə çıxarılmasına icazə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bununla bağlı fərman imzalayıb və qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Sənəddə deyilir ki, bu məqsədlə sahəsi bir hektardan çox olmayan qızıl yataqları sahəsi ayrılacaq. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi bu işlə məşğul olmaq istəyən şəxslərə lisenziya verəcək, onlar bütün vergilərdən və məcburi ödənişlərdən azad ediləcəklər.