Atatürk sərvətini kimə vəsiyyət edib? Vəsiyyətnamənin əlyazma versiyası


Digərləri 07 Dek 2018 04:30:00 378 0

Atatürk sərvətini kimə vəsiyyət edib?  Vəsiyyətnamənin əlyazma versiyası

Türkiyə İstiqlaliyyət Müharibəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər vəzifə etmiş ilk prezidenti, Türk Ordusu Marşali və daha əvvəlində bir Osmanlı paşasıdır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün ölümündən sonra isə vəsiyyətnaməsi üzə çıxıb. Vəsiyyətnamənin əlyazma versiyasını oxucularımıza təqdim edirik.

Atatürk 1938-ci ilin 5 sentyabr tarixində bir kağız parçasına qələmi ilə vəsiyyətini yazıb. Mətn aşağıdadır:

Malik olduğum nəğd pul və hissə sənədləri, Çankayadakı daşınan və daşınmaz əmlakımı Cümhuriyyət Xalq Partiyasına aşağıdakı şərtlərlə vəsiyyət edirəm:

1) Malik olduğum bütün pul və hissə sənədləri indiki kimi İş Bankı tərəfindən dəyərləndiriləcək;