Çexiyada hökumət strukturu müsəlmanları potensial "terrorçu" kimi təqdim edib


Digərləri 07 Dek 2018 03:30:00 282 0

Çexiyada hökumət strukturu müsəlmanları potensial "terrorçu" kimi təqdim edib

Çexiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Mərkəzinin yaydığı qalmaqallı bəyanatda bildirilir: "İslam dininə etiqad edən insanların ölkəyə nəzarətsiz girişi terror təhdidi baxımından təhlükəlidir".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu Mərkəzin iddia etdiyinə görə, firmalar tez-tez öz müştərilərinin xəstəni müşayiət etmək və ya kurort müalicəsi almaq bəhanəsi ilə ölkəyə girişinə nail olur, bundan sonra isə mənşəyi məlum olmayan pul vəsaitlərini xərcləməyə başlayırlar.

Mərkəzin məlumatına görə, çex polisi hələ açıq şəkildə "İslam terroru" ilə qarşılaşmayıb, lakin hüquq-mühafizə orqanları ölkədəki bütün müsəlman təşkilatlarının, o cümlədən ayrı-ayrı radikal düşüncəli insanların və qrupların fəaliyyətinə nəzarət etməlidir.