Müğənni özünü qızıl medalda əbədiləşdirib


Digərləri 07 Dek 2018 02:30:00 234 0

Müğənni özünü qızıl medalda əbədiləşdirib

Çexiya estradasının əfsanəsi, müğənni Karel Qott gələn il 80 illik yubileyini qeyd etməyə hazırlaşır. O, yaxınlaşmaqda olan əlamətdar hadisə şərəfinə bu günlərdə Yablonets-Nisa şəhərinin zərbxanasında şəxsən qızıl sikkə zərb etdirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, medalın layihəsini 27 yaşlı çuvaş rəssamı Azamat Baltayev hazırlayıb. Sikkə 2019-cu ilin iyununda satışa çıxarılacaq.