Günün qoroskopu: Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər


Digərləri 07 Dek 2018 00:01:00 446 0

Günün qoroskopu: Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxşı, əlverişli gündür. Başladığınız işlərin əksəriyyətini uğurla başa vura bilərsiniz. Risk edin, cəsarətli ideyaların reallaşdırılmasına başlayın. Yaxın ətrafınızdakı insanlara sual verməkdən çəkinməyin. Təcrübə mübadiləsindən yararlana bilərsiniz.

Axşam saatlarında maraqlı tanışlıq istisna deyil.

Buğa - günün ilk yarısında mübahisələr və anlaşılmazlıqların sayı az olmayacaq. Həmkarınızdan tutmuş, qohumunuza qədər hər kəs opponentiniz ola bilər. Ən xırda məsələlərə görə mübahis etməyin. İstənilən mövzuda uzun-uzadı diskussiyalara başlamayın.

Günün ikinci yarısında bütün diqqəti işə yönəltsəniz uğur əldə edəcəksiniz. Tamamilə yeni, maraqlı işə də başlaya bilərisniz.

Əkizlər - qarşılaşdığınız çətinliklərin və üzləşdiyiniz problemlərin səbəbini, yaxud səbəbkarını müəyyən etməsəniz gün məhsuldar olmayacaq. Maneələrin dəf olunmasına çalışın. Bu gün problemlər çox olacaq. Çətinliklərin sınanmış, ənənəvi çözüm vasitələri işlək deyil.

Şəxsi münasibətlərdə diqqətli olun.

Xərçəng - sakitliyə ehtiyacınız var. İşlərdə müəyyənliyə can atırsınız. Sizə heç maraqlı olmayan proseslərin iştirakçısına çevriləcəksiniz. Cansıxıcı işlərin bəzilərini yaxın ətrafınızdakı insanlara, tərəfdaşlara həvalə edin. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.

Ciddi maliyyə məsələlərinin həllini ertələyin.

Günün ikinci yarısında tənbəllik etməyin.

Şir - əlverişli, uğurlu gündür. Başlayacağınız işi müvəffəqiyyətlə başa vuracaqsınız. Ən çətin, qarışıq problemin həllinə başlamaq olar. Amma unutmayın - sizə kimsə yardım etməyəcək. Kiçik gəlirlər olacaq.

Alış-veriş üçün münasib zamandır.

Günün ikici yarısı uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq, önəmli məsələləri müzakirə etmək olar.

Qız - qarışıq gündür. Həyacanlanmamaq, sinirlənməmək, emosiyalara hakim olmamaq çox çətindir. Baş verənlərə sərt reaksiya verməyin. İndiyədək sizi bir sözdən anqlayan insanlar sərt və laqeyd davranırlar. Onlar öz işləri ilə məşğuldur.

Problemlərinizlə üzbəüz qalacaqsınız.

Günün ikinci yarısında ətrafınızda baş verənlərni müşahidə edin. Təcrübəli insanların verdikləri qərarları təhlil edin.