Gəncədən olan idmançı: Arzum Milli Gimnastika Arenasında keçirilən yarışlarda həmişə birinci yeri tutmaqdır


Digərləri 06 Dek 2018 23:59:00 274 0

Gəncədən olan idmançı: Arzum Milli Gimnastika Arenasında keçirilən yarışlarda həmişə birinci yeri tutmaqdır

Arzum Milli Gimnastika Arenasında keçirilən müsabiqələrdə həmişə birinci yeri tutmaqdır.

Bakı. Arzum Milli Gimnastika Arenasında keçirilən müsabiqələrdə həmişə birinci yeri tutmaqdır. Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubokunda çıxış edən idmançı, Gəncədən olan gənc gimnast Nəzrin Məmmədova deyib. N.Məmmədova bildirib: "Milli Gimnastika Arenasında təşkil edilən müsabiqələrdə hər zaman birincilik qazanmaq istəyirəm. Həmçinin mən burada məşq etməyi də çox istəyirəm". N.Məmmədovanın sözlərinə görə, o, ilk dəfədir bədii gimnastika üzrə Azərbaycan birinciliyində iştirak edir. "Bədii gimnastika ilə məşğul olmaq çox xoşuma gəlir, mən öz valideynlərimdən özüm xahiş etmişəm ki, məni idmana göndərsinlər. Məşhur gimnastlarımızın çıxışları məndə böyük təəssürat yaradıb".