Həzrət Məsumə niyə Quma səfər edir?


Digərləri 06 Dek 2018 23:45:00 265 0

Həzrət Məsumə niyə Quma səfər edir?

İmam Kazımın (ə) əziz qızı olan Həzrət Fatimeyi-Məsumə (s.ə) o banulardan idi ki, Məsum İmamlar (ə) onun haqqında xoş sözlər demiş və məqamından xəbər vermişdilər.

İmam Sadiq (ə) buyurur: "Allahın hərəmi vardır və o, Məkkədir. Peyğəmbərin (s) hərəmi vardır - o, Mədinədir. Əmirəl-möminin (ə) hərəmi vardır və o, Kufədir. Behiştin 8 qapısı vardır ki, onun üçü Qumdandır. Bu şəhərdə mənim övladlarımdan olan xanım dünyadan gedəcəkdir. Onun adı Fatimədir, Musanın (ə) qızıdır. Onun şəfaəti ilə bütün davamçılarımız behiştə yollanacaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, xanımın Quma səfəri ilə bağlı qeyd edilir ki, o xanım, İrana məcburi gətirilən əziz qardaşı Həzrət Rzanı (ə) görmək üçün gəlmişdir. Təəssüf ki, bu görüş baş tutmamışdır. Xanım Məsumə (s.ə) Savəyə çatan zaman xəstələnir və göstəriş verir ki, onu Qum şəhərinə aparsınlar. O Xanım (s.ə) bu şəhərdə də vəfat edir.

Əgər Xanımın (s.ə) yüksək ictimai məqamını nəzərə alsaq, görərik ki, onun İrana gəlməsi Məmunun (lən) hökumətini narahat etmişdir.

Çox təəssüf ki, Həzrət Məsumə (s.ə) bu səfərdə möhkəm xəstələnir və qardaşı ilə görüşü baş tutmayandan sonra Quma getməyi qərara alır. Çünki bu şəhərin gələcək mövqeyindən xəbərdar idi. Yaxşı bilirdi ki, bu şəhər gələcəkdə dini maarifin mərkəzinə çevriləcəkdir.